Antonio Konte komandanın baş məşqçisi olacağı təqdirdə, “Napoli” rəhbərliyi transferə ciddi məbləğ ayıracaq.
İdmanxeber.az-ın məlumatına görə, klub prezidenti Aurelio de Laurentis yay transfer pəncərəsində 230 milyon avro xərcləməyə hazırdır. Daha əvvəl 54 yaşlı italiyalının neapollularla razılaşdığı bildirilib.
2023/24 mövsümündə komanda A Seriyasında onuncu yeri tutub.