20 Sentyabr 2024
Dünya futbolu

“Napoli”də yeni müqavilə

İtaliya millisinin müdafiəçisi Leonardo Spinazzolanın  “Napoli” ilə müqavilə imzaladığını bildirib.

İdmaxneber.az-ın məlumatına görə, italyan neapollularla 2026-cı ilin yayına qədər müqavilə bağlamağa razılaşıb.

Spinazzolanın əvvəlki klubu 2019-cu ilin iyulundan bəri çıxış etdiyi “Roma” olub. 2023/24 mövsümündə futbolçu romalıların heyətində bütün yarışlarda 36 matçda 1 qol vurub və 4 məhsuldar ötürmə edib.

2023/24 mövsümünün sonunda müqavilə müddəti başa çatdığı üçün futbolçu “Roma”dan ayrılıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43