Ölkə futbolu

Naxçıvan klubuna şərt qoydu, danışıqlar donduruldu

Yeni mövsümə daha iddialı heyət qurmaq istəyən “Araz Naxçıvan” heyətini gücləndirmək yolunda addımlar atmağa başlayıb.

İdmanxeber.az-a daxil olan məlumata görə, Naxçıvan təmsilçisi müdafiə xəttini gücləndirmək üçün “Kəpəz”dən Elçin Əlicanovu rənglərinə bağlamağa çalışır. Tərəflər arasında ilk danışıq olsa da, uğurlu alınmayıb.

Belə ki, “Araz Naxçıvan” futbolçuya 1 illik müqavilə təklif etsə də, Əlicanov 2 illik sözləşmə ilə “ok” verəcəyini qarşı tərəfə bildirib.

İlk ili üçün illik 70 min, daha sonra isə 90 min tələbi Naxçıvan təmsilçisini qane etməyib və danışıqlar dondurulub.

Xatırladaq ki, Elçin Əlicanov “Kəpəz”də ən çox oyun keçirən futbolçulardan biridi.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43