Dünya futbolu

“Naxçıvan Kuboku”nun püşkü atıldı

Bu gün Heydər Əliyevin xatirəsinə həsr olunmuş futbol üzrə Naxçıvan Kubokuna start veriləcək.

İdmanxeber.com-un məlumatına görə, Naxçıvan Muxtar Respublika Stadionunda keçiriləcək yarışda 4 komanda – “Araz Naxçıvan”, “Mil-Muğan”, “Zaqatala” və MOİK iştirak edəcəklər.

Artıq Naxçıvanda olan komandalar son məşqlərinə çıxıblar. Eyni zamanda, Peşəkar Futbol Liqasının və komanda nümayəndələrinin iştirakı ilə püşkatma mərasimi keçirildi. Bundan əlavə, yarışın əsasnaməsi barədə klublara məlumat verildi. Püşkatmaya əsasən sabah qarşılaşacaq cütlər aşağıdakı kimidir.

26 may

“Araz Naxçıvan” – “Mil-Muğan”, saat 12:00

“Zaqatala” – MOİK, saat 17:00

Qeyd edək ki, yarış Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin və Peşəkar Futbol Liqasının təşkilatçılığı ilə keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43