08 Sentyabr 2024
Ölkə futbolu

Naxçıvanda yeni stadion tikilir – tutumu müəyyən, məkanı qeyri-müəyyən

Naxçıvan Muxtar Respublikasında yeni stadion tikiləcək. Bu, baş nazir Əli Əsədovun sərəncamı ilə təsdiqlənən “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın 2023–2024-cü illər üzrə Təfsilatlı Tədbirlər Planı”nda əksini tapıb.

İdmanxeber.az-a verilən məlumata görə, yeni arena hazırdakı stadionun yerində inşa edilməyəcək. Arenanın Babək rayonu Əliabad qəsəbəsi və ya Şıxmahmud kəndində tikilməsi planlaşdırılır.

Nəzərdə tutulan yeni stadion 20 min azarkeş tutumuna malik olacaq. Stadionun tikintisi 2027-yə kimi başa çatmalıdır.

“Araz Naxçıvan”ın ötən mövsüm çıxış etdiyi arena isə söküləcək. Stadionda söküntü işlərinin bu ay başlayacağı gözlənilsə də, çalışmalar hələ start götürməyib.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43