28 Yanvar 2020
Kateqoriyasız

Nazarov Almaniya klubunun tarixinə düşdü

Millimizin futbolçusu Dmitri Nazarov formasını geyindiyi Almaniyanın “Ersgebirge” klubunun tarixinə düşüb.

İdmanxeber.az-ın məlumatına görə, 29 yaşlı yarımmüdafiəçi Aue təmsilçisinin tarixində ən çox penaltidən qol vuran oyunçu ünvanını qazanıb. “Ersgebirge”nin heyətində 12 dəfə penalti vurmaq imkanı qazanan Nazarov, bunlardan sadəcə 1-dən yararlana bilməyib.

Nazarov bununla da “Ersgebirge”nin sabiq üzvü Yorq Emmerixin rekordunu qırıb. 2003-2008-ci illərdə Aue klubunda forma geyinən Emmerix 10 dəfə penaltidən qol vurmuşdu.

Nazarov 2016-cı ildən “Ersgebirge”də çıxış edir.

Oxşar xəbərlər

“Sevilya” Bakıya bu heyətlə gəlir – FOTO

admin

Püşk üzümüzə güldü: “Qarabağ”ın rəqibləri bilindi!

admin

Milli üzvü “Keşlə”dən göndərildi

admin