Kateqoriyasız

Nazarov Almaniyada daha bir qol vurdu – Video

Almaniya 2-ci Bundesliqasında 14-cü tura start verilib.

Azərbaycan millisinin yarımmüdafiəçisi Dmitri Nazarovun çıxış etdiyi “Erzgebirge” doğma meydanda “Sankt Pauli” ilə qarşılaşıb. Görüş Aue təmsilçisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Nazarov start heyətdə meydana çıxıb və 80-ci dəqiqədə əvəzlənib. Millimizin üzvü 24-cü dəqiqədə penaltidən komandasının ikinci qolunun müəllifi olub. Bununla da 29 yaşlı futbolçu 2019/2020 mövsümündə vurduğu qolların sayını 6-ya çatdırıb.

Qeyd edək ki,  “Erzgebirge” hazırda 23 xalla 3-cü pillədə qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43