Kateqoriyasız

Nazarov Bundesliqada növbəti qolunu vurdu – Video

Almaniya II Bundesliqasında 22-ci turun oyunları keçirilir.

İdmanxeber.az-ın məlumatına görə, millimizin futbolçusu Dmitri Nazarovun çıxış etdiyi “Erzgebirge” doğma meydanda “Holsteyn Kil”lə qarşılaşıb və 1:2 hesabı uduzub.

Görüşün 64-cü dəqiqəsində meydana daxil olan futbolçumuz bundan cəmi 6 dəqiqə sonra komandasının yeganə qolunu vurub.

Qeyd edək ki, 30 xalı olan Aue təmsilçisi 18 komanda arasında hazırda 8-cı pillədə qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43