21 Noyabr 2019
Kateqoriyasız

Nazarov Bundesliqada qollarına davam edir

Azərbaycan millisinin üzvü Dmitri Nazarov Almaniya 2-ci Bundesliqasında növbəti qolunu vurub.

İdmanxeber.az-ın məlumatına görə, futbolçumuzun çıxış etdiyi“Erzgebirge” bu turda doğma meydanda “Nürnberq”lə qarşılaşıb və 4:3 hesabı ilə qalib gəlib. Nazarov start heyətdə meydana daxil olub və 90 dəqiqə oynayıb. Komandasının ilk qolunu da millimizin futbolçusu vurub. O, 62-ci dəqiqədə penaltidən fərqlənib. Bununla da Nazarov bu mövsüm vurduğu qolların sayını 5-ə çatdırıb.

“Erzgebirge” – “Nürnberq” – 4:3
Qollar:
 Frey, 51 (0:1), Nazarov, 62-pen (1:1), Hoşeydt, 75 (2:1), Qeis, 78 (2:2), Mihoyeviç, 86 (3:2), Qeis, 90+2-pen (3:3), Kruqer, 90+4 (4:3)

Oxşar xəbərlər

Topaz Premyer Liqasının III turunun ən yaxşı oyunçusu açıqlandı

admin

Yığmamızın heyətində dəyişiklik

admin

Çempionlar Liqası: “Qalatasaray”ın rəqibləri bəlli oldu (FOTO)

admin