Kateqoriyasız

Nazarov oynadı, komandası 1 xal qazandı

Almaniya 2-ci Bundesliqasında 23-cü turun oyunları keçirilib.

İdmanxeber.az-ın məlumatına görə, millimizin futbolçusu Dmitri Nazarovun şərəfini qoruduğu “Ersgebirge” klubu da növbəti matçına çıxıb.

Aue təmsilçisi səfərdə “Osnabryuk”la qarşılaşıb. Görüşdə hesab açılmayıb – 0:0.

Nazarov bu matçın iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43