30 Sentyabr 2024
Kateqoriyasız

Nazarov oynadı, komandası uduzdu

Almaniya II Bundesliqasında 23-cü turun oyunları keçirilib.

İdmanxeber.com-un məlumatına görə, millimizin yarımmüdafiəçisi Dmitri Nazarovun çıxış etdiyi “Karlsrue” səfərdə “Union Berlin”lə qarşılaşıb.

Oyun futbolçumuzun komandasının məğlubiyyəti ilə yekunlaşıb – 1:2.

Qarşılaşmanın 46-cı dəqiqəsində meydana çıxan Nazarov 79-cu dəqiqədə sarı vərəqə alıb.

Qeyd edək ki, “Karlsrue” hazırda 30 xalla 10-cu pillədə qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43