Dünya futbolu

Nazarovdan gözəl oyun və iki qol

Azərbaycan millisinin üzvü Dmitri Nazarovun çıxış etdiyi “Ersgebirge” Almaniya 2-ci Bundesliqasında növbəti oyununu keçirib.

İdmanxeber.az-ın məlumatına görə, Aue təmsilçisi 8-ci turda evdə Drezden “Dinamo”su ilə qarşılaşıb. Görüş meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə başa çatıb. Nazarov matçda dubl edib. O, 27 (penalti) və 39-cu dəqiqələrdə rəqib qapısına yol tapıb. 79 dəqiqə meydanda olan millimizin yarımmüdafiəçisi 54-cü dəqiqədə sarı vərəqə alıb.

Qeyd edək ki, “Ersgebirge” hazırda 14 xalla 4-cü pillədə qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43