31 Yanvar 2023
Kateqoriyasız

Nazarovdan növbəti qol, komandası qələbə qazandı

FutbolPressAlmaniya II Bundesliqasında XVIII turun oyunları keçirilir.

Azərbaycan millisinin üzvü Dmitri Nazarovun formasını geyindiyi “Ersgebirge” doğma meydanda “Qroyter”i məğlub edib – 3:1.

Nazarov da bu matçın iştirakçısı olub. Start heyətdə meydana çıxan yarımmüdafiəçi sonadək mübarizə aparıb. Komandasının ikinci qolunu da Dmitri vurub. 64-cü dəqiqədə penaltidən fərqlənən futbolçu mövsümdə vurduğu qolların sayını 7-ə çatdırıb.

18 turdan sonra 29 xala malik “Ersgebirge” 18 kollektiv arasında 4-cü pillədə qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Related posts

Elxan Məmmədov Britaniya səfiri ilə görüşdü – Fotolar

admin

“Kayrat” – “Qarabağ” matçına doğru: Maraq azdı…

admin

İki futbolçusu “Neftçi”nin düşərgəsindən getdi

admin