Dünya futbolu

Nazarovsuz “Ersgebirge” səfərdə qalib gəlib

Almaniya II Bundesliqasında 6-cı turun oyunları keçirilib.

Azərbaycan millisinin üzvü Dmitri Nazarovun formasını geyindiyi “Ersgebirge” səfərdə “Duysburq”a 2:1 hesabı ilə qalib gəlib.

Nazarov görüşün iştirakçısı olmayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.

“Ersgebirge” hazırda 7 xalla 18 iştirakçı arasında 14-cü pillədə qərarlaşıb


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43