Dünya futbolu

Nazarovun komandası 24 qolla qalib gəldi

Millimizin futbolçusu Dmitri Nazarovun çıxış etdiyi “Erçebirqe” yoxlama oyunu keçirib.

İdmanxeber.com-un məlumatına görə, Aue təmsilçisi “Saksonio Bernsbax”la (Almaniya) qarşılaşıb. Matç “Erçebirqe”nin 24:0 hesablı qələbəsi ilə başa çatıb. İkinci bundesliqa təmsilçisi hər hissədə 12 qol vurub.

Qeyd edək ki, Nazarov istirahətə buraxıldığı üçün sözügedən görüşdə iştirak etməyib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43