Ölkə futbolu

Nazarovun komandası yoldaşlıq matçında qüvvəsini sınayıb

Azərbaycan millisinin üzvü Dmitri Nazarovun komandası “Ersqebirge Aue” növbəti yoxlama oyununa çıxıb.

İdmanxeber.com-un məlumatına görə, “Aue”nin bu dəfəki rəqibi Almaniya Regional liqasında mübarizə aparan”Essen” komandası olub.

Matç Nazarovun komandasının 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb.
Start heyətində meydana çıxan Nazarov 69-cu dəqiqədə əvəzlənib.
 
Qeyd edək ki, Nazarov “Aue”nin heyətində son iki yoxlama matçında 9 qol vurmuşdu.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43