Dünya futbolu

Nazarovun qolu komandasına bəs etmədi

Almaniya III Bundesliqasının XXIII turunun oyunları keçirilib.

İdmanxeber.az-ın məlumatına görə, millimizin futbolçusu Dmitri Nazarovun formasını geyindiyi “Ersgebirge” səfərdə “Osnyabruk” klubu ilə üz-üzə gəlib.

Görüş ev sahibi komandanın 3:1 hesablı qələbəsi ilə sona çatıb. Aue təmsilçisinin yeganə qolunu Nazarov vurub. O, qarşılaşmanın 21-ci dəqiqəsində penaltini dəqiq yerinə yetirib. Bu, cari mövsüm Dmitrinin 4-cü qoludur.

“Ersgebirge” bu məğlubiyyətin ardından turnir cədvəlində 21 xalla 14-cü sırada yer alıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43