Ölkə futbolu

Nazim Əliyev yenidən “Neftçi”də

“Neftçi”də yeni məşqçi təyin edilib. 

İdmanxeber.com-un məlumatına görə, Nazim Əliyev əsas komandada baş məşqçinin köməkçisi vəzifəsini yerinə yetirəcək. Nazim Əliyev təyinatı ilə bağlı klubun rəsmi saytına danışıb:

“Neftçi” mənim üçün doğma klubdur. Futbolçu karyeramda ilk böyük addımlarımı bu klubda atmışam. “Neftçi”də məşqçi vəzifəsini də icra etmişəm. Son illərdə bu komanda böyük tarixi nailiyyətlərə imza atıb. Azərbaycanla yanaşı, Avropada da adından söz etdirib. Təbii ki, hər zaman ən yüksək yerlər uğrunda mübarizə aparan komandada çalışmaq şərəf olmaqla yanaşı, böyük məsuliyyət və zəhmət də tələb edir. “Neftçi”nin prezidenti Sadıq Sadıqov hər zaman yerli mütəxəssislərlə çalışmağa üstünlük verib. Mənə güvəndiyinə və etimad göstərdiyinə görə klub prezidentinə təşəkkürümü bildirirəm. Çalışacağam ki, mənə göstərilən etimadı doğruldum.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43