Ölkə futbolu

Nazim Süleymanov: “Əgər onlar “Neftçi”nin çempionluğunu istəmirsə, biz bu haqda klub rəhbərliyinə deyəcəyik”

“Neftçi”nin baş məşqçisi Nazim Süleymanov Premyer Liqanın 18-ci turu çərçivəsində keçirilmiş AZAL – “Neftçi” oyunu barədə fikirlərini açıqlayıb.

“Hakimin qərarları oyunun nəticəsinə təsir etdi. O, cərimə meydanından kənarda əllə oynamış Məcidovu meydandan qovmalı idi. Şemonyaev kobud oynadı. Ancaq hakim susdu, qərar qəbul etmədi. Əgər onlar “Neftçi”nin çempionluğunu istəmirsə, biz bu haqda klub rəhbərliyinə deyəcəyik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43