Ölkə futbolu

Nazim Süleymanov: “Futbolçularıma təşəkkür edirəm”

Topaz Premyer Liqasının III turu start götürüb.

İdmanxeber.az-ın məlumatına görə, TPL-nın III turunun açılış qarşılaşmasında “Sumqayıt” “Qəbələ”nin qonağı olub. Matçın əsas vaxtına əlavə olunmuş dəqiqələrdə vurulan qolla bir xal qazanan “Kimyaçılar”ın baş məşqçisi oyundan sonra jurnalistlərə açıqlama verib. O, qazanılan xala görə oyunçularına təşəkkür edib:

“Maraqlı oyun izlədik. Baxmayaraq ki, qapımıza təmiz penalti təyin edildi və rəqib hesabda önə keçdi. Futbolçularıma təşəkkür edirəm ki, azlıqda qalsaq da, mübariz ruh nümayiş etdirdilər və son dəqiqələrdə bərabərlik qolunu vura bildilər”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43