Kateqoriyasız

Nazim Süleymanov: “Hakim futbolçuların haqqını yeməməlidir”

Topaz Premyer Liqasında IV tura start verilib. İlk oyun günündə “Qarabağ” öz meydanında “Sumqayıt”ı qəbul edib. Oyun meydan sahiblərinin 1:0 hesablı qalibiyyətilə yekunlaşıb.

Matçdan sonra keçirilən mətbuat konfranslnda sumqayıtlıların baş məşqçisi Nazim Süleymanov jurnalistlərin suallarını cavablandırıb. O, əvvəlcə matç haqda danışıb:

“Rəqibi təbrik edirəm. Avroliqa başlayır, o turnirdə də uöurlar arzulayırıq. “Qarabağ”la oynamaq həmişə şərəfli olub. Futbolçular ən yaxşı keyfiyətlərini göstərməyə çalışırdı. Matç keyfiyyətli oldu. Mən komandadan razı qaldım. Uduzmağımızın səbəbini siz daha yaxşı gördünüz”

– Əsəbi olmağınız məğlubiyyətlə bağlıdır?
– Xeyir, oyunçular əziyyət çəkir. Ancaq hakim bir fit verməməklə hesaba təsirin göstərir. Azərbaycanda belə hadisələr olub, bir qərara görə onu futboldan siliblər. Penalti var idi. Orada əllə oyun var idi. Futbolçular da yaxından gördülər. Oyunçuların haqqını yemək düzgün deyil. Uda da bilərik, uduza da. Ancaq hakim 90 dəqiqə ərzində futbolçuların əziyyətini yerə vurmamalıdır.

– Yusif Nəbiyevin qırmızı vərəqəsindən sonra ona nəsə dediniz?
– Təbii ki, cəza olacaq. Klubdaxilində edəcəyik. O epizodda əllə oynamaq uşaq addımıdır.

– 4 oyuna 3 qırmızı vərəqə almısınız. Bunu intizamsızlıq adlandıra bilərik?
– Belə görünə bilər. Amma futbolçuların diqqətsizliyi belə nəticəyə gətirib çıxarır. Məcbur oluruq ki, məşqçi heyəti olaraq daha diqqətli olaq.

Oxşar xəbərlər

Qurban Qurbanov: “İkinci hissə istədiyimiz oyunu ortaya qoyduq”

admin

AFFA-dan cəzalar: dörd kluba cərimə

admin

Millimizin futbolçusu daha 3 il Bundesliqa klubunda

admin