Premyer Liqa

Nazim Süleymanov: “O, futbolçu deyil”

Premyer Liqanın XIV turunda "Neftçi" səfərdə "İnter"ə məğlub olub.

Oyunsonrası mətbuat konfransında qonaq komandanın baş məşqçisi Nazim Süleymanov matç haqda fikirlərini bildirib: 

"Bəzi futbolçuların səhvi ucbatından uduzduq. Burda mənim də səhvim var. Əgər futbolçuya deyirsənsə ki, rəqib filan cür oynayır, lakin o bunu diqqətə almırsa nə etməli? Deməli o, oyunçu deyil. Xırda səhvlər məğlubiyyətə gətirib çıxardı. Hakimliyə gələndə isə qayda pozuntusu varsa, sarı varsa birtərəfli olmasın".

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43