Kateqoriyasız

Nazim Süleymanov: “Oyunçularımı sındırmağa heç kimin haqqı yoxdur”

Nazim Süleymanov “Qəbələ” oyunun ardından mətbuat konfransı keçirib.

“Oyuna çox yaxşı başladıq. Qarşılaşma çox maraqlı alındı. Hesabda önə keçsək də, təəssüf ki, qoruya bilmədik. Futbol səhvlər oyunudu. Hakimin nəticəyə təsir etdiyini düşünürəm. Bizə vurulan qoldan öncə penaltimiz təyin edilmədi. Bizə heç kimin köməyi lazım deyil. Ədalətli idarəetmə istəyirik. Heç kimin haqqı yoxdur ki, oyunçuları sındırsın. Oyunda qələbə də qazana bilərdik, məğlub da ola bilərdik. Təəssüf ki, oyunçularım əməklərinin qarşılığını ala bilmir”.

-Mehdi Cənnətov iki qolda da səhvə yol verdi. Onun oyunu barəsində nə deyə bilərsiniz ?

-Oynayan oyunçunun səhv etməsi normaldır. Futbolda belə hallar çox olur. Təbii ki, bütün bunları analiz edib qərar veririk. Ancaq bundan sonra kiminsə səhv etməyəcəyini demək də olmaz.

-Atilla Yılıdırım hiss olunur ki, Sumqayıt səviyyəsində oyunçu deyil. Ona nə vaxta qədər səbr edəcəksiniz ?

-Düşünürəm ki, onun zamanı ehtiyacı var. Hücumçu da qol vurmaq üçün mübarizə aparır. Bu gün ona qarşı kifayət qədər kobud oynandı.

-Örtən tur qırmızı vərəqə aldığına görə Vurğun Hüseynovu cəzalandıracağınızı açıqladınız. Kapitan oyunçunu bu cür mətbuatın önünə atmaq nə qədər doğrudur?

-Fərq etməz istər kapitan, istərsə də, baş məşqçi. Əgər bir günahı varsa, mütləq cəzalandırılacaq. Məgər burda qeyri-adi bir şey var ? Hər kəs etdiyinin qarşılığını almalıdır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43