Ölkə futbolu

Nazim Süleymanov “Qarabağ”la oyun haqda nələr danışdı?

Premyer Liqanın 16-cı turunda “Neftçi” səfərdə “Qarabağ”a 3:1 hesabı ilə məğlub olub.

Qonaq komandanın baş məşqçisi Nazim Süleymanovun oyun haqda fikirləri ilə sizi tanış edirik:

“Oyun pis alınmadı, hər iki komanda hücumlar təşkil etdi. İlk qolda diqqətsiz oynadıq, rəqib əks-hücumda qapımıza qol vurdu. İkinci qolda da eyni hal təkrarlandı. Üçüncü qolu isə 11 metrlik cərimə zərbəsindən buraxdıq. Qayda pozuntusu olmasa idi, hakim penalti təyin etməzdi. “Qarabağ”ın həm əsas, həm də ehtiyat qüvvəsi yaxşı futbolçulardan təşkil olunub. Ernest Nfor oyuna sonradan daxil olanda daha effektiv olur, bu dəfə də pis alınmadı. Futbolçunun fikri 90 dəqiqə ərzində meydanda olmalıdır. Futbolçu səhv edə bilər, amma nəticəyə təsir edən səhv olmamalıdır”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43