25 Yanvar 2021
Ölkə futbolu

Nazim Süleymanov: “Rəqibin divizion komandası olması bizdə arxayınlıq yaratmışdı”

Azərbaycan kubokunun 1/8 final mərhələsində “Kəpəz”lə qarşılaşan “Neftçi” rəqibini minimal hesabla məğlub edərək 1/4 finala vəsiqə qazandı – 1:0.

Nazim Süleymanov, “Neftçi” klubunun baş məşqçisi: “Maraqlı oyun oldu. Oyundan əvvəl cütün favoriti sayılırdıq, rəqibin Divizion təmsilçisi olması da komandada arxayınlıq yaratmışdı. “Kəpəz” 1-ci dəstədə olmasına baxmayaraq, böyük tarixə malikdir. Kubok bir oyundan ibarətdir, bu  cür oyunlara ciddi yanaşmaq lazımdır”.

Azər Məmmədov, “Kəpəz” klubunun məşqçisi: “Xoş sözlərə görə təşəkkür edirəm. Reallıq odur ki, mənim üçün belə, bugünkü oyunda favorit “Neftçi” idi. Komandalarımız bir-birinə əzəli rəqib olub, sağlam rəqabət aparmışıq. Əvvəlki illərdə komandalarımız arasındakı oyunlar derbi kimi sayılırdı. İndi vəziyyət ö cür olmasa da, komandaya var gücü ilə oynamağı, futbolçulara öz bacarıqlarını göstərməyi tapşırmışdım. Oyuna görə komandaya minnətdaram. Rəqibi qələbə ilə təbrik edirəm. İnanıram ki, kuboku “Neftçi” qazanacaq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

Keçmiş vitse-prezidentdən baş katibə: “Vaxt var idi, tez-tez qonaq gələrdi”

admin

“Qarabağ”da yeni futbolçu

admin

“Zirə”nin “Neftçi” ilə 20-ci oyunu

admin