Milli komanda

Nazim Süleymanov: “Stadionda mütləq anşlaq olacaq”

“Yığma komandanın hər bir oyunu milli bayramdır. Bu baxımdan sabah axşam maraqlı oyun olacaq. Stadionda mütləq anşlaq olacaq. Azarkeşlərimiz oyunboyu komandanı dəstəkləyəcəklər”. 

Bu sözləri milli komandamızın məşqçisi Nazim Süleymanov deyib.

Rusiya mətbuatına danışan mütəxəssis daha sonra sözlərinə belə davam edib:

“Düşünürəm ki, Rusiya millisi Avropa və eyni zamanda dünyanın ən güclü yığmalarından biridir. Ona görə də bu komandanı Bakıda qəbul etmək çox xoş olacaq”.     

Qeyd edək ki, Azərbaycan – Rusiya oyunu sabah axşam, saat 22:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43