Premyer Liqa

Nazim Süleymanov: “Stamenkoviç qırmızı vərəqə aldıqdan sonra komandada ruh düşkünlüyü yarandı”

“Klubumuzun prezidenti Sadıq Sadıqovun ad günü idi. Dünən onu sözlə, bu gün isə qələbəmizlə təbrik etdik. Oyunçulardan çox razıyam”.

Bu sözləri “Neftçi” klubunun baş məşqçisi Nazim Süleymanov “Bakı” ilə oyundan (2:1) sonra keçirilən mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis komandasının azlıqda qalmasına baxmayaraq yaxşı çıxış etdiyini deyib və futbolçularından razı qalıb: “Saşa Stamenkoviç qırmızı vərəqə aldıqdan sonra komandada ruh düşkünlüyü yarandı. Lakin komanda özündə güc tapdı, oyunu qələbə ilə başa vurdu. Oyunda hər üç qolu özümüz vurduq, ikisini rəqib qapısına, birinə də öz qapımıza”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43