Kateqoriyasız

Nazim Süleymanovun mənfi və müsbət cəhətləri – YAZI

Nazim Süleymanov indiyə qədər futbol aləmində tanıdığım ən yaxşı insanlardan biridi.

Bəli, insan adamdı kəliməsini onun haqqında işlədə bilərəm. Bu insan futbolçulara xas olmayan xüsusi savada, dünya görüşünə malikdi. Onun futbolçu karyerası barədə danışmaq yersiz olar. Çünki bəziləri məni yaşımdan əvvəli danışmada ittiham edə bilər. Nazim Süleymanov futbolda təmiz adını qoruya bilən tək-tük məşqçilərdən biridi. Onun "Xəzər Lənkəran"ı yaratması barədə danışdıqlarına qulaq asanda, o zaman tanımışdım Süleymanovu. Nazim müəllim Foqtsdan sonra milliyə ən layiqli namizəd idi. Çünki Foqtsun daima yanında olduğundan millini daha yaxşı tanıyırdı.

Bəli, "Neftçi"  rəhbərliyi sükanı ona etibar etməklə məncə ən düzgün addımı atdı. 

Amma Nazim müəllimin də çatışmayan cəhətləri var. Bunun birincisi ürəyi təmiz olmasıdı. Faktlarla izah edim… Hərbiçilərdən ibarət yığmaya başçılıq edəndə Süleymanov daima şikayətlənirdi, özü də hamıya. Bundan istifadə edərək onu tənqid edənlərə bir növ imkan yaradırdı. Nazim Süleymanovun ikinci mənfi cəhəti futbolçuları özünə həddindən artıq yaxın buraxmasıdı. Millinin düşərgəsində dəfələrlə futbolçuların Nazim Süleymanovla həmyaşıdları kimi davranmasının şahidi olmuşam. Məhz dostluq sonradan məşqçiyə az problem yaratmır. Hətta Foqts söhbətlərimizin birində onun bu cəhətini tənqid etmişdi. Nazim müəllim hamıya özü kimi inanmaqla sonradan elə özünə problem yaradır. Necəki "Xəzər Lənkəran" və AZAL-da işləyərkən bunlarla rastlaşmışdı. Elə "Neftçi"yə təyinatından dərhal sonra "bilmirəm Böyükağa Hacıyev mənim işimə qarışacaqmı" mesajı da buna dəlalət edir. Nazim Süleymanov daha çox belə bəyənatları ilə rəhbərliyə xəbərdarlıq edir. Amma xəbərdarlığı tələbə çevirməkdə həmişə çətinlik çəkir. Süleymanov üçün əla şans yaranıb. O, "Neftçi"də onun bu dediklərimin əksini sübut eləmək şansı var.

Uğurlar cənab Süleymanov.

Amil Hacıyev, idmanxeber.com saytı üçün


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43