İdman

NBA-də mövsümün ən yaxşı məşqçisi bəlli olub

Mayk Deyqnoldt MBA-da ilin məşqçisi seçilib.

İdmanxeber.az məlumat verir ki, Oklahoma komandasının çalışdırıcısı “Orlando Mecik”dən olan Camal Mozli və “Minnesota Timbervulvz”dan olan Kris Finçi qabaqlayıb.

Jurnalistlərin səsverməsinə görə , Deynqolt 89 dəfə birinci yerə qoyulub. Bununla da o, 473 bal yığıb. Mozli ilə son 4 ildə ilk dəfə “Orlando Mecik” pley-offa yüksəlib. Baş məşqçi 158 bal toplayıb. Onu 4 nəfər birinci yerə qoyub. Finç isə 105 xal yığıb.

Deyqnoltun başçılığı altında “Oklahoma Siti Tanders” Qərb konfransını lider bitirib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43