Dünya futbolu

Ndlovu Çin Liqasında qollarına davam edir

Afrikalı komandasına qələbə qazandırıb.

İdmanxeber.az-ın məlumatına görə, “Qarabağ”dan Çinin “Xançjou Qrintaun” komandasına transfer olan Dino Ndlov performansı ilə diqqətləri üzərinə çəkib. O, birinci divizionun 20-ci turunda ”Helonqjanq Lava” ilə səfər oyununda fərqlənərək, komadasının qələbəsində (1:2) pay sahibi olub. Bununla da sabiq “Qarabağ”lı 15-ci oyununda 12-ci qolunu vurub.

Qeyd edək ki, Ndlovunun çıxış etdiyi “Xançjou Qrintaun” klubu 20 turdan sonra 36 xalla 2-ci pillədə qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43