Ölkə futbolu

Nə irəli, nə geri…

UEFA-nın reytinq siyahısı açıqlanıb. 

İdmanxeber.com-un məlumatına görə, Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində baş tutan son qarşılaşmalar siyahıda növbəti dəyişikliklərə səbəb olub.

 

Azərbaycan hesabına növbəti 0,125 xal əlavə edib. Bu, “Qarabağ”ın Lüksemburqda “Düdelanj”la heç-heçə etməsi (1:1) sayəsində gerçəkləşib. “Kəpəz”in “Admira”ya uduzması (0:2) isə xal qazanmağımıza mane olub.

 

Bununla, cari mövsüm əldə etdiyimiz xal isə 1,625-ə çatıb. Bunun 0,500-ü “Qəbələ”nin hesabındadır, “Qarabağ”, “Neftçi” və “Kəpəz” hərəyə 0,375 xal qazanıb.

 

5 mövsümün nəticələrinə görə 15,125 xalı olan Azərbaycan 24-cü pillədə qalıb. Şotlandiyadan 0,800 xal geri qalan ölkəmiz ən yaxın izləyicisi Kipri 0,450 xal qabaqlayır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43