Dünya futbolu

Nedved Ronaldoya görə hakimlərin otağına hücum edib

Nedved əsəblərinə hakim ola bilməyib.

Çempionlar Liqasının qrup mərhələsinin ilk oyununda səfərdə “Valensiya”nı məğlub edən “Yuventus” komandası qələbəyə doyunca sevinə bilməyib. Buna səbəb Turin təmsilçisinin portuqaliyalı ulduzu Ronadonun qirmızı vərəqə alması olub.

İspaniya mətbuatının yaydığı xəbərə görə, oyunun ilk hissənin ardından hazırda “Yuventus” rəhbərliyində çalışan sabiq futbolçu Pavel Nedved hakimlərin otağına hücum edib. O, almaniyalı referiyə kəskin etiraz edərək, işini bilmədiyini söyləyib. Təhlükəsizlik əməkdaşlarının araya girməsindən sonra sakitləşən çexiyalı oradan ayrılıb.

Ronaldoya aldığı qırmızı vərəqədən sonra iki oyun cəza verilməsi gözlənilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43