Ölkə futbolu

“Neftçala” Premyer Liqaya vəsiqə qazandı!

Birinci divizionda mübarizə aparan “Neftçala” Azərbaycan Premyer Liqasının 2015/2016 mövsümünə vəsiqə qazanıb.

İdmanxeber.com-un məlumatına görə, hazırda lider olan Kamal Quliyevin yetirmələrinin bundna sonrakı nəticələrinə baxmayaraq komanda çempionata vəsiqə əldə edib. 

AFFA İntizam Komitəsinin son qərarına əsasən aşağı dəstədən Premyer Liqaya AFFA-nın lisenziyalaşdırma qaydalarına uyğun gələn və I divizionda müvafiq yerləri tutan iki klub yüksələcək.

Qeyd edək ki, “Neftçala” futbol klubu ilk dəfə “Anşad Petrol” adı ilə 2004-cü ildə Neftçala rayonunda yaradılıb. Komanda ilk dəfədir ki, yüksək liqaya vəsiqə qazanır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43