Azərbaycan kubokunda 2800-cü qol vurulub. Yubiley qolu 1/8 final mərhələsinin “Neftçala” – AZAL qarşılaşmasına təsadüf edib.
İdmanxeber.com-un məlumatına görə, meydan sahiblərinin futbolçusu Məhəmməd Alıyev tarixi qolun müəllifi olub. Neftçalada keçirilən görüşün 9-cu dəqiqəsində hesabı açan futbolçu cari mövsümdə 1/8 finalın ilk, kubok tarixinin 2800-cü qolunun müəllifi olub.
Cari mövsümün startınadək 2797 qol vurulmuşdu. 1/16 final mərhələsinin iki görüşündə cəmi 2 qol vurulduğundan bu rəqəm 2799-a çatmışdı. 1/8 finalda rəqib qapısına yol tapan ilk oyunçu isə yubiley topunun müəllifi olub.
Qeyd edək ki, 1992-ci ildə start götürən kubok yarışlarında indiyədək baş tutan 928 oyunda 2823 qol vurulub. Orta məhsuldarlıq 3,04-ə bərabərdir.