08 Sentyabr 2024
Kateqoriyasız

“Neftçala”dan iki transfer

I Divizionda 2014-2015 mövsümünü qalibi olan “Neftçala” heyətini iki futbolçu ilə gücləndirib

İdmanxeber.com xəbər verir ki, Kamal Quliyev iki oyunçunu bəyənib və onları komandaya dəvət edib.

Onlardan biri “Ağsu”nun qapıçısı Əli Həsənlidir. 1996-cı il təvəllüdlü qolkiper qarşıdakı mövsümdən “Neftçala” forması geyinəcək.

İkinci transfer isə “Rəvan”dandır. “Sığortaçılar”ın heyətində baxımlı oyunu ilə diqqətləri üzərinə çəkən Elgün Abbasov “Neftçala”nın heyətinə qoşulub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43