Kateqoriyasız

“Neftçi” əgər Əhmədovu transfer etmək istəsə …

“Neftçi” Sofiya ÇSKA-sından 6 aylıq icarəyə götürdüyü Əhməd Əhmədovu yayda birdəfəlik transfer edə bilər.

Bolqarıstan mətbuatı yazır ki, “ağ-qaralar” mövsümün sonunda hücumçunu komandada saxlamaq istəsə, qarşı tərəfə 150 min avro ödəməli olacaq.

25 yaşlı futbolçunun “Neftçi”də ÇSKA-dakı məvacibinin ikiqatı qədər qazanacı vurğulanıb.

“Neftçi” Əhmədou 6 aylıq icarəyə götürüb. Hücumçunun ÇSKA ilə müqaviləsi 2022-ci ilin yayına qədərdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43