Premyer Liqa

“Neftçi” 13 turdan sonra zirvədə

Ötən həftə keçirilən 15-ci turun oyunlarından sonra Topaz Premyer Liqasının lideri dəyişib. Ardıcıl 6 tur zirvədə qalan “Qarabağ” bu mövqeni qarşıdakı – 16-cı turda üz-üzə gələcəyi “Neftçi”yə təhvil verib. 15-ci turdan sonra çempionatın vahid lideri olan bakılılar isə mövsümdə 2-ci dəfə ilk pilləyə yüksəlib.

Son 3 mövsümdə çempion olan “ağ-qaralar” yalnız ilk turdan sonra – top fərqinə görə digərlərini qabaqlayaraq liderliyə yüksəlmişdi. Bundan sonrakı 13 turda “Neftçi” bir neçə dəfə liderə şərik olsa da, əlavə göstəricilər onların 1-ci olmasına imkan verməmişdi.  Bu 13 turdan 10-da “Qarabağ”, 2-də “Qəbələ”, 1-də isə AZAL  1-ci pillədə qərarlaşmışdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43