08 Sentyabr 2024
Ölkə futbolu

“Neftçi” 200-cü dəfə məğlub oldu

“Neftçi” Azərbaycan çempionatlarında 200-cü dəfə məğlub olub.

İdmanxeber.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, Premyer Liqanın XXV turunda “Qarabağ”la görüşə (1:4) təsadüf edib.

“Ağ-qaralar”ın xal qazanmadığı 200-cü matç ölkə çempionatlarındakı 914-cü qarşılaşmaya təsadüf edib.

“Neftçi”nin ən çox uduzduğu komanda “Qarabağ”dır. Ağdam təmsilçisi Azərbaycan derbilərində 40-cı dəfə “ağ-qaralar”ı xalsız qoyub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43