Ölkə futbolu

“Neftçi” 24 saat ərzində açıqlayacaq: Ya italyan, ya rumın

“Neftçi”nin boş qalmış baş məşqçi postuna kimin gələcəyinə bu gün aydınlıq gələcək.

İdmanxeber.com-un əldə etdiyi məlumata görə, paytaxt klubu rumın Marius Şumuditsa və italiyalı Roberto Bordinlə danışıqları davam etdirir. Paytaxt klubu sözügedən baş məşqçilər ilə bu gün son olaraq müqavilə şərtlərini aydınlaşdıracaq. Bundan sonra bu iki çalışdırıcıdan hansının “ağ-qaralar”ın başına keçəcəyi bəlli olacaq.

Ən geci sabah olmaqla “Neftçi”nin yeni baş məşqçisi bilinəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43