Ölkə futbolu

“Neftçi” 26 futbolçu sifariş etdi (SİYAHI)

“Neftçi” Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Macarıstanın “Uypeşt” klubu ilə keçiriləcək oyunlar üçün iştirak ərizəsini UEFA-ya təqdim edib.

İdmanxeber.com-un məlumatına görə, siyahıda 26 futbolçu yer alıb.

Qapıçılar: 1. Səlahət Ağayev, 12. Kamran İbrahimov, 73. Nail Alışov, 94. Rəşad Əzizli;
Müdafiəçilər: 4. Rəşad Eyubov, 5. Anton Krivotsyuk, 6. Qoran Paratski, 15. Ruslan Abışov (k), 18. Tural Axundov, 21. Məhəmməd Mirzəbəyov, 25. Kirilo Petrov, 26. Ömər Buludov, 28. Slavko Braliç, 77. Elvin Sərkərov;
Yarımmüdafiəçilər: 7. Namiq Ələsgərov, 8. Emin Mahmudov, 17. Rəhman Hacıyev, 37. Vüsal Əsgərov, 51. Elçin Əsədov, 70. Əli Şirinov, 93. Soni Mustivar;
Hücumçular: 9. Baqali Dabo, 10. Dario Frederiko, 11. Kvame Karikari, 22. Mirabdulla Abbasov, 36. Xəlil Bəşirov.

“Uypeşt”lə ilk oyun iyulun 12-də, saat 21:00-da “Dalğa Arena”da, cavab matçı isə ayın 19-da, Bakı vaxtı ilə saat 23:00-da Budepeştdəki “Ferens Susa” stadionunda baş tutacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43