İdman

“Neftçi” 48 saatdan sonra iki itki ilə başladı

“Neftçi” yeni mövsümə hazılığı davam etdirir.

İdmanxeber.com-un məlumatına görə, “Keşlə” ilə yoxlama oyunundan (2:0) sonra iki günlük fasiləyə buraxılan komanda ötən gün hazırlığı bərpa edib. Klub bazasında baş tutan axşam məşqində zədəli Namiq Ələsgərov və Ruslan Abışovdan başqa bütün futbolçular iştirak ediblər.

Hazırlıq bu gün bir məşqlə davam edəcək.

Xatırladaq ki, avqustun 4-də “Neftçi”nin əsas və əvəzedici komandaları arasında yoxlama oyunu keçiriləcək. Görüş saat 18:00-da start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43