Kateqoriyasız

“Neftçi” 5 məşqçini istefaya göndərdi – Rəsmi


“Neftçi” Futbol Akademiyasının müqaviləsi başa çatan məşqçiləri ilə qarşılıqlı razılaşma əsasında yollar ayrılıb.

İdmanxeber.az klubun saytına istinadən xəbər verir ki, baş məşqçilər Elnur İmamquliyev (U-15) və Ceyhun Əhmədov (U-10), köməkçi məşqçilər Ceyhun Rzayev (U-19) və Ədəhim Niftəliyev (U-14), eləcə də qapıçılar üzrə məşqçi Ramiz Əhmədova növbəti ayın əməkhaqqı ödənilərək, onlarla əməkdaşlığa son qoyulub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43