18 Avqust 2022
Ölkə futbolu

“Neftçi” 50-yə çatmadı

Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyunu “Neftçi” üçün yubileylə əlamətdar olub.

İdmanxeber.az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, öz meydanında “Sumqayıt”la qarşılaşan paytaxt təmsilçisi kubokda 75-ci ev matçını keçirib. 0:2 hesabı ilə uduzan bakılılar yubileyin ikiqat olmasını rəsmiləşdirə bilməyib. Öz meydanında 49 qələbəsi olan “Neftçi” 50-ci uğurunu təxirə salıb.

75 ev oyununda 14 heç-heçəsi olan “ağ-qaralar” doğma meydanda 12-ci dəfə uduzub. Bu görüşlərdə 150 qol vuran “Neftçi” 48 top buraxıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Related posts

“Qəbələ” “Sumqayıt”la oyuna 3 ciddi itki ilə çıxacaq

Səxavət Qurbanov

“Xəzər Lənkəran”ın futbolçusu “Sumqayıt”da

admin

“İnter” – “Tiraspol” matçını idarə edəcək hakimlər bəlli oldu

admin