16 Sentyabr 2024
Ölkə futbolu

“Neftçi” Almaniya millisinin sabiq futbolçusunu transfer etdi

Transfer çalışmalarını davam etdirən “Neftçi” heyətini yeni futbolçu ilə gücləndirib.

İdmanxeber.az-ın məlumatına görə, “ağ-qaralar” almaniyalı mudafiəçi Robert Bauerlə anlaşıb. Son olaraq Səudiyyə Ərəbistanının “Əl Tai” klubunda çıxış etmiş 29 yaşlı stoperlə yaxın gülərdə rəsmi müqavilə bağlanacaq. 

R.Bauer bir zamanlar Almaniyanın U-20 millisində də forma geyinib. O, “Neftçi”yə azad agent kimi qoşulub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43