Ölkə futbolu

“Neftçi” Almaniya nəhəngi ilə qarşılaşacaq

Yeni mövsümə hazırlıq məqsədi ilə Avstriyaya yollanacaq “Neftçi”nin  yoxlama görüşlərindəki rəqiblərindən birinin adına aydınlıq gəlib.

İdmanxeber.com-un məlumatına görəi, “ağ qaralar” Avstriya toplanışı çərçivəsində Almaniyanın “Şalke” klubu ilə yoxlama oyunu keçirəcək. Bu barədə məlumatı Almaniya mətbuatı yayıb.

“Şalke” yeni mövsümə Çin və Avstriyada hazırlaşacaq. Domeniko Todeskonun rəhbərlik etdiyi komanda Çin toplanışı çərçivəsində “Beşiktaş” və “İnter” (Milan) komandaları ilə üz-üzə gələcək.

Bundesliqa təmsilçisinin Avstriyadakı rəqibləri isə “Neftçi” və İspaniya “Eybar”ı olacaq. Bakı təmsilçisi ilə oyun iyul ayının 26-na təsadüf edəcək.

Qeyd edək ki, “Neftçi”nin Avstriya toplanışının dəqiq tarixi və müddəti hələlik bəlli deyil.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43