Kateqoriyasız

“Neftçi” argentinalı futbolçu ilə danışıqlar aparır – rəsmi

Avrokuboklarda uğursuzluğa düçar olan “Neftçi” transfer çalışmalarını davam etdirir. Klub argentinalı futbolçu Xorxe İvan Korreanı transfer etmək istəyir.

Klubun mətbuat xidmətindən İdmanxeber.az-a verilən məlumata görə, hazırda futbolçu ilə danışıqlar gedir. Artıq futbolçu şəxsi instaqram hesabında da “Neftçi”ni izləməyə başlayıb.

“Velez Sarsfild” yetirməsi olan 28 yaşlı vinger son olaraq “Maritimo”da çıxış edib.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43