Ölkə futbolu

“Neftçi” argentinalı hücumçunu transfer etdi – RƏSMİ

“Neftçi” bu yay 11-ci transferi rəsmiləşdirib.

İdmanxeber.az klubun saytına istinadən xəbər verir ki,  yeni transfer hücumçu Lukas Melano ilə müqavilə imzalanıb. Argentinalı futbolçu ilə anlaşmanın müddəti 1+1 ildir. 30 yaşlı forvard komandanın heyətində 16 nömrəli formanı geyinəcək.

Sonuncu klubu “Atletiko Sarmiento”dan (2023) transfer olunan Lukas Melano Argentinanın “Nyuells Old Boyz” (2022), “Sentral Kordoba” (2021), “San-Lorenso de Almaqro” (2021), “Atletiko Tukuman” (2019-2021), “Estudiantes” (2017-2018), “Lanus” (2013-2015), “Belqrano” (2011-2013, 2017), həmçinin Çilinin “Universidad Katolika” (2022) və ABŞ-nin “Portlend Timbers” (2015-2019) klublarında çıxış edib. 2013-cü ildə “Lanus”la Sudamerikana kubokunun, 2015-ci ildə isə “Portlend Timbers”lə MLS kubokunun qalibi olub. O, 2013-cü ildə Argentinanın U-20 milli komandasının heyətində 3 oyun keçirib, 1 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43