Kateqoriyasız

“Neftçi” – “Arsenal”: Biletlər satışa çıxarıldı

UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Neftçi” – “Arsenal” (Rusiya) oyununun biletləri bu gün satışa çıxarılıb.

İdmanxeber.az “ağ-qaralar”ın saytına istinadən xəbər verir ki, biletlərin qiyməti 2 (1A, 2A, 4A, 5A, 1B, 2B), 5 (3A, 3B), 20 (VİP) və 100 (SKYBOX) AZN təşkil edir.

“Neftçi” – “Arsenal” matçı avqustun 1-də, saat 21:00-da keçiriləcək. Komandalar arasındakı ilk oyunda “Neftçi” minimal hesablı qələbə qazanıb – 1:0.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43