Kateqoriyasız

“Neftçi” axtardığı futbolçunu tapdı – razılıq əldə olundu

Braziliyanın B Seriyasında çıxış edən “Quarani” klubunun futbolçusu Talliso “Neftçi”nin maraq dairəsindədi.

İdmanxeber.az-ın məlumatına görə, paytaxt klubu tam adı Talisson Auqusto Tavares Dias olan 28 yaşlı müdafiəçi ilə razılaşmaq üzrədi. Onunla 3 illik müqavilə imzalanacaq.

Braziliyalı futbolçu komandadan ayrılan haitili cinah müdafiəçisi Donald Geryeni əvəzləyəcək.

Tallison Auqusto Tavares Dias Braziliyada “Flamenqo”, “Seara”, “Vitoriya” kimi klublarda çıxış edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43