Kateqoriyasız

“Neftçi” Azərbaycanın reytinq xalını zənginləşdirdi

UEFA-nın yeni reytinq siyahısı açıqlanıb.

İdmanxeber.az-ın məlumatına görə, Avroliqada mübarizəni davam eytdirən “Neftçi”nin ötünıgünkü oyunda “Arsenal” üzərində qələbə qazanmasından sonra ölkə reytinqinin aktivinə 0,250 xal əlavə olunub.

Azərbaycan son 5 mövsümdəki xallarını 17,125-ə çatdırıb və 26-cı sıradakı mövqeyini qoruyub. 25-ci pillədəki Qazaxıstanın isə  18.000 xalı var.
Qeyd edək ki, Avroliqada meydana çıxdığı 4 oyunun hamısında qələbə qazanan “Neftçi” UEFA reytinqimizin aktivinə hazırda ən çox xal qazandıran klubdu.

İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43